İranın Səudiyyə Ərəbistanının “Şahzadə Sultan” hərbi bazasına hücumunda 12 ABŞ əsgəri yaralanıb.
BBC-nin xəbərinə görə, xəsarət alanlardan ikisinin vəziyyəti çox ağırdır.
Bazaya həm raket, həm də dronlarla hücum edilib.
Bazada olan iki ədəd KC-135 yanacaqdoldurma təyyarəsinə də ciddi ziyan dəydiyi bildirilib.
Pentaqon və ABŞ Mərkəzi Komandanlığı bu xəbərə hələlik şərh verməyib.
.
