Bu gün İranın raket hücumu nəticəsində İsrailin Hayfa şəhərindəki “Bazan” neft emalı zavoduna yüngül ziyan dəyib.
“The Times of Israel” xəbər verir ki, bu barədə zavodun Təl-Əviv Fond Birjasına göndərdiyi məlumatda bildirilib.
Qeyd edilib ki, bu gün səhər İran raket hücumu zamanı içərisində benzol olan çənin damında “lokal zərər” meydana gəlib. Bununla belə, zavodda bütün istehsal obyektləri işlək vəziyyətdədir.
Bu, son bir ayda İranın İsraildə bu zavoda ikinci hücumudur.
