İran Prezidenti Məsud Pezeşkian helikopter qəzasında həlak olan səkkizinci hökumət başçısı İbrahim Rəisinin adına yaradılan fondun nizamnaməsi açıqlayıb.

 “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, fond İbrahim Rəisinin mədəni, siyasi, hüquq-mühafizə, məhkəmə tarixi, idarəçilik və idarəçiliyə yanaşmasının, əxlaqi, əməli davranışının, hüquqi düşüncələrinin aydınlaşdırılması və dərinləşdirilməsini təbliğ edəcək.

Bildirilib ki, korrupsiya ilə mübarizə, insanların və idarəetmə sistemlərinin problemlərinə milli, beynəlxalq səviyyədə sivil yanaşma ilə cavab verilməsi istiqamətində səmərəli elmi və praktiki fəaliyyətə görə iki ildən bir İbrahim Rəisi mükafatı veriləcək.

Vurğulanıb ki, Fondun prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Aləm əl-Hadidir.

Qeyd edək ki, İbrahim Rəisi 2024-cü il mayın 19-da helikopter qəzasında ölüb.

.