Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” və “Horadiz” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

İyul ayının 2-də saat 03:05-də “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 5 kiloqram 870 qram narkotik vasitənin Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

İyul ayının 3-də saat 13:30-da “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqram 480 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

İyul ayının 4-də saat 00:45-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 5 kiloqram 395 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

.