Avqust ayının 31-də saat 00:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayon sakinləri, 1982-ci il təvəllüdlü Mamedov Surxay Əli oğlu və 1991-ci il təvəllüdlü Məmmədov Məhəmməd Kərim oğlu sərhəd pozucusu qismində saxlanılıb.
Qeyd olunan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 14 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
.