İranın Daxili İşlər Nazirliyi paytaxt Tehranda törədilən ardıcıl terror aktlarının təfərrüatlarına aydınlıq gətirib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, parlament binası və Ayətullah Xomeyninin türbəsinə hücum edən terrorçular ümumilikdə 6 nəfər olublar.
Terroçuların ikisi türbəyə hücum edib. Onlardan biri üzərindəki partlayıcını işə salıb. Bir terrorçu polis tərəfindən zərərsizləşdirilib.
4 terrorçu isə parlament binasına soxulmağa çalışıb. Onlardan biri özünü partladıb. Təhlükəsizlik qüvvələri 3 terrorçunu zərərsizləşdirə bilib.
Məlumata görə, onlar parlamentə hücum edən zaman qadın geyimlərində olublar.
Terror aktları nəticəsində 12 nəfərin öldüyü, 42 nəfərin yaralandığı təsdiqlənib.
.
