İranda qəzaya uğrayan "Boeng-707” tipli yük təyyarəsinin düşdüyü ərazidən 7 nəfərin meyiti tapılıb.
"Fars” agentliyi xəbər verir ki, təyyarənin göyərtəsində 16 nəfər olub.
Həmin şəxslərin hansı ölkə vətəndaşı olduqları və kimlikləri hələlik məlum deyil. Onlardan yalnız bir nəfər - təyyarənin bort-mühəndisi sağ xilas edilib.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
İranın Müdafiə Nazirliyindən bildirilib ki, qəzaya uğrayan hərbi yük təyyarəsi İran ordusuna məxsus olub.
****
Qırğızıstana məxsus "Boing 707" yük təyyarəsi İranın paytaxtı Tehranın Fəth aeroportunda eniş edərkən qəzaya uğrayıb.
Bunu İranın Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib.
Onun sözlərinə görə, Qırğızıstanın Bişkek şəhərindən havaya qalxan yük təyyarəsi Peyam aeroportu istiqamətində uçurmuş. Pilot səhvən Kərəcin Fəth aeroportunda eniş edib və qəzaya uğrayıb.
Məlumata görə, təyyarədə 10 sərnişin olub.
Hadisə yerinə 1 vertolyot və 10 təcili yardım maşını, 6 xilasetmə qrupu ezam olunub.
.
