İranda qəzaya uğrayan sərnişin təyyarəsində olan 60 sərnişin və 6 heyət üzvü həyatını itirib.

Bu barədə İranın İSNA agentliyi sərnişin təyyarəsinin məxsus olduğu "Aseman Airlines" aviaşirkətinə istinadən məlumat yayıb.

Qəza zamanı sağ qalan olmayıb.


İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb.
Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb.
Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü var.
.