İran Daxili İşlər Nazirliyi (DİN) iyunun 18-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərin adlarını açıqlayıb.

 İran Konstitusiyasına Nəzarət Şurası tərəfindən səlahiyyətləri təsdiqlənmiş namizədlərin adları aşağıdakı kimidir:

1. İranın Məhkəmə Sisteminin sədri ayətullah Seyid İbrahim Rəisi;

2. SEPAH-ın sabiq komandiri Möhsin Rzayi;

3. Sabiq vitse-prezident Möhsin Mehrəlizadə;

4. Ali Təhlükəsizlik Şurasının üzvi Səid Cəlili;

5. İranın Mərkəzi Bankının sədri Əbdünnasir Himməti;

6. İran parlamentinin spiker müavini Əmirhüseyn Qazizadə Haşimi;

7. Parlamentin sabiq üzvi Əlirza Zakani;

Tanınmış simalardan spiker Əli Laricani, sabiq prezident Mahmud Əhmədinejad və digər bir çox tanınmış simanın səlahiyyəti təsdiqlənməyib.

Qeyd edək ki, İranda 592 nəfər prezidentliyə namizədlik üçün qeydiyyatdan keçib. Onlardan 40 nəfəri qadın olub.

Xatırladaq ki, mayın 28-də seçkiqabağı təbliğat kampaniyası başlayacaq və iyunun 16-dək davam edəcək.
 

.