Iranın Tehran-Qum maqistral yolunda ağır yol qəzası baş verib, 20 nəfər həlak olub.
Trend-in məlumatına görə, bu barədə İran polisinin yollara nəzarət mərkəzinin sədri general Nadir Rəhmani "Presstv" xəbər kanalına deyib.
Məlumatda bildirilir ki, Tehran-Qum qədim maqistral yolunda üç avtomobil (yük maşını, minik avtomobili və mikroavtobus) bir-biri ilə toqquşub. Hadisə yerli vaxtla saat 18:30 radələrində baş verib.
N.Rəhmani deyib ki, qəza nəticəsində mikroavtobusda olan 19 sərnişin və yük maşınının sürücüsü həlak olub: "Həlak olan sərnişinlərin hamısı Əfqanıstan vətəndaşlarıdır və onlar İran ərazisinə qanunsuz daxil olublar.”
.
