Almaniya İranda davam edən insan haqları pozuntularının araşdırılması üçün müstəqil BMT mexanizminin yaradılmasını təklif edib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT-nin İnsan Haqları Şurasının İranda insan haqlarının pisləşməsinə dair keçirilən xüsusi iclasında bildirib ki, bu, törədilmiş pozuntulara görə cəzasızlığın aradan qaldırılması, məsuliyyət daşıyanların cinayət məsuliyyətinə cəlb edilməsi üçün önəmlidir.

“İran BMT-nin xüsusi məruzəçisinin ölkəyə girişinə icazə verməməyə davam edir. Ona görə də biz indi İrandakı insan haqları pozuntularının araşdırılması üçün müstəqil və tərəfsiz BMT mexanizminin yaradılmasını təklif edirik. Beləliklə, məsuliyyət daşıyanlar məsuliyyətə cəlb ediləcəklər. Çünki cəzasızlıq ədalətə mane olur”, - Almaniya XİN rəhbəri qeyd edib.

.