İranın cənubunda yerləşən Hörmüzqan vilayətində 5 bal gücündə zəlzələ qeydə alınıb.

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Zəlzələnin episentri bu gün yerli vaxtla saat 11:06-da Qızıl Qala rayonunun ətrafında olub. Yeraltı təkanların dərinliyi 15 km-dir.

Ehtimal olunan dağıntı və insan itkisi haqqında məlumat verilməyib.

.