İran yüzlərlə pilotsuz uçuş aparatı ilə ABŞ-nin İraq və Küveytdəki obyektlərinə hücum edib.

Yenizaman "Al-Jazeera"ya istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Məlumata görə, İran Yaxın Şərqdə ABŞ qoşunlarının yerləşdiyi bir neçə obyektə, o cümlədən İraqın Ərbil şəhərindəki bazaya, eləcə də Küveytdəki Əli əl-Salim aviabazasına və Arifac düşərgəsinə 230 pilotsuz uçuş aparatı buraxıb.

Bəyanatda bu hücumların müharibə zamanı atılmış "ilk qətiyyətli addımlardan biri" olduğu bildirilir.

.