Ümid edirik ki, Tehran və Bakı arasındakı səfərlər iki ölkə arasında münasibətlərin yaxşılaşmasına kömək edəcək.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycan və İran rəsmiləri arasında keçirilən görüşləri şərh edərkən deyib.
“Bu ikitərəfli səfərlər İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Bakıya son səfərindən sonra baş tutub. Sözügedən səfər zamanı əlverişli görüşlər olub, iki ölkə rəsmiləri arasında münasibətlərin möhkəmləndirilməsi və bəzi media anlaşılmazlıqları müzakirə olunub. Ümid edirik ki, bu səfərlər ümumi narahatlıqlar və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə bağlı daha yaxşı və qarşılıqlı anlaşma üçün mühüm başlanğıc olacaqdır”, - sözçü vurğulayıb.
Diplomat eyni zamanda Qafqaz regionunun, o cümlədən Azərbaycan və Ermənistanın təhlükəsizliyinin İran üçün mühüm olduğunu qeyd edib: “İranın hər iki ölkə ilə yaxşı münasibətləri mövcuddur və diplomatik səfərlər artmaqdadır. İran Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi üçün hər bir dəstəyə hazıdır”.