İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə XİN başçısı Hüseyn Əmir Abdullahianın ötən həftə Azərbaycana baş tutmuş səfərini dəyərləndirib.

 S. Xətibzadə XİN başçısının Bakıya səfərini iki ölkənin əlaqələrinin inkişafı üçün səmərəli və yaxşı səfər kimi qiymətləndirib.

O deyib ki, bu, son bir neçə il ərzində iki ölkənin əlaqələrinin inkişafı çərçivəsində baş tutan ən yaxşı səfərlərdən biri idi: “Bu səfərin baş tutması üçün hazırlıq Azərbaycan Baş nazirinin müavinin Tehrana səfərindən sonra başlanıldı. Yenidənqurma sahəsində və əlaqələrin inkişafında sıçrayış etmək üçün çox yaxşı razılıqlar əldə olundu”.

XİN sözçüsü diqqətə çatdırıb ki, iki ölkənin arasında yaranmış anlaşılmazlıqlar artıq geridə qalıb.

.