İran nüvə problemi ətrafındakı fikir ayrılıqlarının aradan qaldırılması üçün Qərblə dialoq yolunu seçib, lakin sanksiyalarla təhdid davam etsə, bu məsələyə yenidən baxılacaq.
Bunu İranın xarici işlər naziri Seyid Abbas Araqçi deyib.
O bildirib ki, hazırda rəsmi Tehran sözügedən istiqamətdə aktiv dialoq aparır.
Nazirin sözlərinə əsasən, ölkəsində Qərblə müzakirələrin uğurlu alınacağına yetərincə təminat yoxdur:
“Hazırda bu məsələ ciddi şəkildə müzakirə olunur. Söhbət ondan gedir ki, bizim bu sahədə tutduğumuz yol doğru deyildi. Rəsmi Tehran Qərbin tələblərini yerinə yetirdi, lakin növbə sanksiyaların aradan qaldırılmasına çatanda Qərbin bu istiqamətdə hər hansı addım atmasını görmədik. Əgər BMT-nin Təhlükəsizlik Şurası ölkəmizə sanksiyalar tətbiq etsə, nüvə məsələsi yenidən nəzərdən keçiriləcək”.
.