
“Biz ABŞ tərəfi ilə baş tutacaq növbəti danışıqları onların əsas niyyətini anlamaq və aradakı münaqişənin həllinə daha bir diplomatik imkan kimi dəyərləndiririk”.
Bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqayi “X” hesabında yazıb.
Qeyd edək ki, aprelin 7-də ABŞ Prezidenti Donald Tramp ölkəsi ilə rəsmi Tehran arasında birbaşa danışıqların aparıldığını və ilk görüşün 12 aprel tarixinə planlaşdırıldığını açıqlayıb.
O həmçinin, müzakirələrin uğursuzluqla nəticələnəcəyi halda İran tərəfinin bu faktorun təsirini hiss edəcəyini də bildirib.
.