İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpurun Azərbaycana səfəri başlayıb. APA-nın məlumatına görə, martın 12-14-də İ.Rəhimpur Azərbaycanın rəsmi şəxsləri ilə görüşəcək. Görüşlərdə iki ölkə arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq. Martın 15-16-da isə İ.Rəhimpur Naxçıvana yola düşəcək və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək.
.
