İran vətəndaşını öldürdüyü üçün ömürlük həbs cəzası verilmiş Ermənistan vətəndaşı Soqomon Koçaryan 20 ildən sonra azadlığa buraxılıb.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, Soqomon Koçaryan "səhhəti ilə əlaqədar azadlığa buraxılıb".
Xəbərdə bildirlib ki, o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni silahlılarının sırasında olub, yaralanıb, ikinci qrup əlil sayılır.
Ermənistan KİV-in yazdığna görə, S.Koçaryanın Yerevanda qətlə yetirdiyi İran vətəndaşı Azərbaycan türküdür. Erməni mətbuatı onu "farsların təbəəsi azərbaycanlı", "iran təbəssi azərbaycanlı" kimi təqdim ediblər. Bu yolla media azərbaycanlını qətlə yetirdiyi üçün S.Koçaryanın ömürlük həbsdən azadlığa buruxalmasına haqq qazandırmağa çalışıb.
Qeyd edək ki, 1995-ci ildə İran vətəndaşı olmuş Azərbyacan türkünü qətlə yetirdiyi üçün Soqomon Koçaryan barəsində ölüm hökmü çıxarmışdı. Ancaq sonra bu hökm ömürlük cəza ilə əvəz edilib.
Məlumatda bildirlib ki, S.Koçaryan həbs edildikdən sonra həyat yoldaşı ağır xəstəlikdən ölüb, 19 yaşlı qızı isə 2014-cü ildə intihar edib.
.