Aprelin 18-də Bakıda əcnəbi ölkə vətəndaşı həyat yoldaşına xəsarət yetirib.
Lent.az-ın məlumatına görə, Nəsimi rayonu, İ.İsmayılov küçəsində yerləşən mənzildə İran İslam Respublikasının vətəndaşı, 1980-cı il təvəllüdlü Həsənzadə Rəsul Abdulla oğlu həyat yoldaşı, 1987-ci il təvəllüdlü Əsgərzadə Sevinc İsgəndər qızına küt alətlə xəsarətlər yetirib.
O, xanımının başına çəkiclə çoxsaylı zərbələr endirib. S.Əsgərzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

.