İranla Türkiyə arasında 5 əməkdaşlıq müqaviləsi bağlanıb.
İRNA-nın verdiyi məlumata görə, iki ölkə arasında iqtisadiyyat sahəsində imzalanan razılaşmalar 255 milyon dəyərindədir.
Müqavilələr İstanbul şəhərində keçirilmiş birgünlük "İran və Türkiyə arasında ticarət sahəsində əməkdaşlıq və investisiya imkanları” forumu çərçivəsində bağlanıb. Tədbirdə İran daxili işlər nazirinin müavini, Tehran valisi, hər iki ölkədən xeyli sayda iş adamı, investor iştirak edib.
.