Bu gün Lozannada ABŞ dövlət katibi Con Kerri və İran XİN rəhbəri Məhəmməd Cavad Zərif arasında İranın nüvə proqramına dair növbəti danışıqlar raundu keçiriləcək.
Yenizaman.az-in "TASS”a istinadən verdiyi xəbərə görə, görüşdə tərəflər məsələ ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılmasına çalışacaqlar.
Martın əvvəlində İsveçrənin Montre şəhərində bundan əvvəl keçirilən danışıqlar raundunda əldə olunan irəliləyiş həlledici olmayıb.
