İran və ABŞ arasında danışıqlar dolayı yollarla və yazılı mətnlərin mübadiləsi vasitəsilə aparılacaq.

Bu barədə “Fars News” agentliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlar Omanın xarici işlər naziri Bədr Əl-Busaidinin vasitəçiliyi ilə həyata keçiriləcək.

Qeyd edək ki, sabah Omanda İran və ABŞ arasında danışıqlar keçiriləcək. Danışıqlara İran xarici işlər naziri Abbas Araqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edəcək.
 

.