İran hökumətinin ABŞ prezident seçkilərinə müdaxilə etmək üçün heç bir məqsədi və motivi yoxdur.

Yenizaman xəbər verir ki, bunu İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki qərargahının hesabına haker hücumunda Tehranın rolu ilə bağlı iddiaları təkzib edərək bildirib.

Trampın seçki qərargahının hesabının sındırılması ilə bağlı Politico saytındakı mesajı şərh edərkən, İranın BMT-dəki nümayəndəliyi belə açıqlama yayıb:

“Biz bu xəbərlərə əhəmiyyət vermirik. İran hökumətinin ABŞ prezident seçkilərinə müdaxilə etmək üçün heç bir məqsədi və motivi yoxdur”.

Qeyd edək ki, Politico, anonim hesabdan Tramp kampaniyasına aid sənədləri ehtiva edən e-poçt məktubları aldığını iddia edir. Trampın seçki kampaniyasının sözçüsü Stiven Çonq açıqlamasında bildirib ki, sənədlər 2024-cü ildə keçiriləcək seçkilərə müdaxilə və ölkədə demokratik prosesdə xaos yaratmaq məqsədi ilə ABŞ-a düşmən olan xarici mənbələrdən qeyri-qanuni yollarla əldə edilib. O, Microsoft tədqiqatçılarının İranla əlaqəli olduğu iddia edilən hakerlərin iyun ayında ABŞ-da prezident seçkilərində yüksək rütbəli bir məmurun hesabına daxil olmağa cəhd göstərdiyini deyib. Hesabatda məmurun kimliyi ilə bağlı əlavə məlumat verilmir.

.