İran səfirliyi Azərbaycanla sərhəddin Biləsuvar rayonu ərazisindən bağlanması məsələsi ilə bağlı bəyanat yayıb. Səfirlikdən ANS PRESS-ə verilən məlumata görə İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrinin İran sərhədçiləri tərəfindən bağlanmasını təsdiq edib.
Səfirliyin məlumatında deyilir: "Azərbaycan Respublikası sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsinin qeyri-adi şəkildə bağlamasına və bu sərhədin açılması üçün iki gün boyunca edilən cəhdlər nəticəsiz qaldığına cavab olaraq dünəndən Biləsuvar və Culfa sərhəd-keçid məntəqələri bağlanıb".
Səfirliyin mətbuat şöbəsinin müdiri Seyid Məhəmməd Ayətullahi Azərbaycan Respublikasından naməlum bir şəxsin Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın bir yerdə bir traktora atəş açılıb. "Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini noyabrın 6-dan etibarən bağlanılıb ki, bu da iranlı sürücülərə və vətəndaşlara ciddi problemlər yaradıb.
Beynəlxalq qanun və normalara əsasən adətən sərhəd məntəqələrində bu kimi hadisələr baş verdikdə iki ölkənin sərhədçiləri görüşüb məsələni yerində həll edirlər və belə hallarda heç vaxt sərhəd bağlanmır. İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.
İran İslam Respublikası inanır ki, müştərək sərhədlər iki xalqın dostluq simvoludur və İran daim sərhəddə sadələşdirilmiş keçid üçün lazımi işlər görüb. Səfirliyin məsul şəxsləri bu problemin həll edilməsi üçün lazımi danışıqları davam etdirirlər".
.
