Regional əməkdaşlığın inkişaf etdirilməsi və müxtəlif ölkələr arasında kommunikasiyaların yaranması məqsədilə İran öz tranzit imkanlarını təqdim etməyə hazırdır.

Bunu İran prezidenti Məsud Pezeşkian Çində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin dövlət başçılarının 25-ci sammitində deyib.

Onun sözlərinə görə, tezliklə Hind okeanında İranın Çabahar limanı ölkənin dəmiryol şəbəkəsinə birləşəcək və Çinin Orta Asiya ölkələri və Əfqanıstana birləşməsində önəmli addım atılacaq.

Pezeşkian bildirib ki, investorlar Çabahar limanında logistika mərkəzləri yaratmaqla müxtəlif endirimlərdən və imkanlardan yararlana bilərlər.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək məqsədilə 31 avqustda Çinə səfər edib.

.