Ermənistan hökuməti İran qazının ölkə ərazisindən Avropaya tranziti ideyası üzərində fikirləşir. Virtualaz.org saytı xəbər verir ki, bu haqda İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Erməni jurnalistləri səfirə belə sual veriblər ki, İran-Ermənistan qaz kəmərinin İran hissəsinin diametri Ermənistan hissəsinin diametrindən niyə iki dəfə böyükdür.
Məhəmməd Rəisi isə suala belə cavab verib: "Bilirsiniz, o vaxt İran-Ermənistan qaz kəməri tikiləndə Ermənistan ərazisində daha iri diametrli kəmərin çəkilməsi üçün vəsait yox idi. Düzünü desəm, mən diametrin niyə kiçik olduğunun səbəblərini dəqiq bilmirəm. Bu sualları Ermənistan hökumətinə vermək lazımdır.
Mümkündür ki, o vaxt qazın Ermənistan üzərindən Qara dənizə, oradan Avropaya və digər yerlərə tranzitini həyata keçirmək niyyəti yox idi. Görünür, bu haqda indi, tələbat yarananda fikirləşməyə başlayıblar”.
.
