
İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdlərini heç vaxt dəstəkləməyib.
BAunu İran Prezidenti Məsud Pezeşkian Taker Karlsona müsahibəsində deyib.
“Heç vaxt belə bir şey olmayıb”, - o vurğulayıb.
Pezeşkian Trampa qarşı heç bir fətva çıxarılmadığını qeyd edib: “Mənim bildiyimə görə, heç bir fərdə, o cümlədən Donald Trampa qarşı belə bir fətva çıxarılmayıb. Əvvəla, bunun İran hökuməti və Ali Rəhbərlə heç bir bağlantısı yoxdur. Fətvanın elan edilməsində məqsəd dinin və dini şəxsiyyətlərin təhqir olunmasını qınamaqdır. Yəni, konkret olaraq Trampa və ya başqa bir fərdə yönəldilməyib”.
.