İran hökuməti bir müddət əvvəl ölkənin ali dini lideri Ayətullah Əli Xomneyiyə məktub ünvanlayan Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın məktubuna cavab yazıb. İranın ali milli təhlükəsizlik şurasının mətbuat katibi Əli Şamxani bu barədə açıqlama verib. Şamxani məktubun İranın nüvə proqramına dair olduğunu bildirib.
Obama tərəfindən göndərilən məktubun İsrail və Səudiyyə Ərəbistanından gizli saxlanması, dünya mediyasında müxtəlif şərhlərə yol açmışdı. Obamanın bu addımı onun İŞİD-ə qarşı mübarizədə İranın da vacib rol oynadığını etiraf etməsi kimi şərh olunur.
"Obamanın ali dini rəhbərə məktubu yeni və ilk dəfə olan bir şey deyil. Belə bir addım əvvəllər də atılıb və məktublara lazımi cavablar da verilib. Bu dəfəki məktuba da cavab olaraq İslam Respublikası şəffaf şəkildə qeyd etdi ki, biz öz imkanlarımız daxilində sülh məqsədi daşıyan nüvə sənayesini inkişaf etdiririk. Bu məqsədimiz milli müdafiə strategiyası və ali dini liderin fətvasına əsaslanır”.
İranla 6-lıq ölkələri arasında danışıqların növbəti mərhələsi noyabr ayının 18-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
.