ABŞ İranın bütün Yaxın Şərq regionunun təhlükəsizliyini təhdid edən nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün addımları atmağa davam etməyə hazırdır.

Bunu ABŞ Dövlət katibi Antoni Blinken bildirib.

“İran nüvə silahı əldə etməyəcək, çünki bunun üçün ABŞ iqtisadi təzyiq ilə yanaşı, diplomatiya yolundan da istifadə etməyə hazırdır. Prezident Bayden İranın nüvə silahı almamasını təmin etmək üçün bütün variantları nəzərdən keçirir”, - deyə Antoni Blinken qeyd edib.

.