
“Tehran nüvə proqramını müzakirə etmək və Vaşinqtonla dialoq aparmaq istəyir.”
Bunu ABŞ prezidenti Donald Tramp bildirib.
"İran görüşmək istəyir. Bildiyiniz kimi, çox təhlükəli nüvə obyektləri məhv edilib. Bu, artıq sübuta yetirilib", - Tramp deyib.
Tramp İrana nüvə enerjisi üçün 30 milyard dollar vermək istədiyi xəbərini təkzib edib
ABŞ prezidenti Donald Tramp KİV-in ABŞ administrasiyasının İranın uranın zənginləşdirilməsi ideyasından imtina etməsi şərti ilə dinc nüvə proqramını inkişaf etdirmək üçün Tehrana təxminən 30 milyard dollar investisiya almasına kömək etməyi planlaşdırdığı barədə xəbərləri təkzib edib.
Tramp bu haqda öz “Truth” hesabında məlumat verib.
"Prezident Tramp İrana qeyri-hərbi nüvə obyektləri tikmək üçün 30 milyard dollar vermək istəyir" başlığı altında yalan xəbərlər yayılır. Mən bu gülünc ideyanı heç eşitməmişəm. Bu, yalançı medianın məni alçaltmaq üçün uydurduğu növbəti saxta xəbərdir. Bu insanlar xəstədir!" – o yazıb.
.