İranın ali dini lideri Ayatullah Əli Xamneyi İranın hərbi gücünü daha da artırması yönündə çağırış edib. Dini lider qeyd edib ki, Qərb ölkələrinin İrandan raket proqramını məhdudlaşdıracağını gözləməsi "axmaq və boş" fikirdir.
"Onlar bizdən raket istehsalını məhdudlaşdırmağı tələb edir. Özləri isə, daimi olaraq hərbi təhdidləri artırırlar. Bu düşünülməmiş bir gözləntidir. Əgər İrandan bu addımı atmağı istəyirlərsə, ictimai şəkildə bizi hərbi müdaxilə planları ilə hədələməməlidirlər. Əks halda, İrandan belə bir addım gözləmək ağılsızlıq olardı. Rəqiblərimiz bilməlidir ki, hərbi müdaxilə halında qarşı tərəf mütləq məğlub ediləcək".
Xamnei İranın İnqılabi Mühafizəçi Qüvvələrini raketləri kütləvi şəkildə istehsal etməyə səsləyib. Onun sözlərinə görə, bu, indi İran hərbiçilərinin əsas vəzifəsinə çevrilməlidir.
.
