İran tərəfindən buraxılan iki pilotsuz uçuş aparatı Əbu-Dabidə yerləşən Əs-Salam hərbi bazasına hücum edib.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi "X" hesabında məlumat yayıb.

Açıqlamada qeyd olunub ki, insident Əs-Salam dəniz hərbi bazasında yerləşən anbarlardan birinə edilən hücum nəticəsində ümumi təyinatlı materialların saxlanıldığı iki konteynerdə yanğın baş verib.

Hadisə zamanı ölən və yaralanan olmayıb.
 

.