"İran-Türkiyə sərhədinin bağlanması ilə bağlı yayılan məlumatlar doğru deyil”.

APA-nın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
Diplomatik mənbə bildirib ki, sərhədin bağlanması ilə bağlı məlumat həqiqətə uyğun deyil: "Bir nəfərin belə bir açıqlaması var. Ancaq rəsmi hakimiyyət dairələri belə qərar qəbul etməyib. Sərhədlər açıqdır”.
İran Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən açıqlamada da sərhəd-keçid məntəqələrində hər hansı problemin olmadığı bildirilib. Nazirliyin məlumatına görə, Türkiyə hissəsində baş vermiş nasazlıqla əlaqədar Türkiyənin tələbi ilə qatar səfərləri müvəqqəti olaraq dayandırılıb.
Qeyd edək ki, İranın polis şefi Hüseyn Aştari Türkiyədə son iki həftədə baş verənlərlə əlaqədar ölkənin şimal-qərb sərhədinin müvəqqəti bağlandığını bəyan etmişdi.



.