İran Avropa “üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) ilə danışıqları bərpa etmək niyyətindədir.

Yenizaman İRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin katibi İsmayıl Bəqai deyib.

Onun sözlərinə görə, bu üç ölkə ilə əlaqələr və danışıqlar davam edir: “Danışıqlar keçən həftə aparılsa da, müzakirələrin növbəti raundunun dəqiq tarixi hələ təyin edilməyib”.

Qeyd edək ki, tərəflər son dəfə xarici işlər nazirləri səviyyəsində iyunun 20-də Cenevrədə görüşüblər.

.