ABŞ-nin Nyu-Yorkdakı iranlı diplomatlara və onların ailələrinə tətbiq etdiyi yeni məhdudiyyətlər İranın BMT-dəki diplomatik fəaliyyətinə zərbə vurmaq məqsədi daşıyır.

Bunu İran rəsmisi İsmayıl Bəqayi sosial şəbəkədə yazıb.

O qeyd edib ki, yeni qaydalar nümayəndə heyətinin BMT-dəki vəzifələrini yerinə yetirməsini son dərəcə çətinləşdirir və onların ABŞ hakimiyyət orqanlarının müəyyən etdiyi "icazə verilən zonalar"dan kənarda keçirilən bir sıra çoxtərəfli tədbirlərdə iştirakına mane olur.

"Diplomatlarımızın hərəkətinə, hətta ərzaq alış-verişinə belə məhdudiyyətlərin tətbiqi ABŞ-nin Qərargah sazişindən irəli gələn öhdəliklərinin kobud şəkildə pozulmasıdır və ABŞ administrasiyasının İran xalqına qarşı düşmənçiliyinin bariz təzahürüdür", - Bəqayi vurğulayıb.

Xatırladaq ki, ABŞ hökuməti BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gələn İran nümayəndə heyətinə qarşı yeni məhdudiyyətlər tətbiq edib.

.