İran hökuməti 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoyub.

Buna səbəb koronavirusun və onun yeni ştammlarının qarşısını almaq cəhdidir.

İranın Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Məhəmməd Həsən Zibakşın sözlərinə görə, qadağa həmin 32 ölkədən birbaşa gələn və ya son 2 həftədə 4 saat müddətində onların ərazisində olanlara tətbiq ediləcək.

Məhdudiyyət qoyulan ölkələr bunlardır: Böyük Britaniya, Anqola, CAR, Argentina, Boliviya, Bitsvana, Braziliya, Burundi, Kabo-Verde, Çili, Kolumbiya, Konqo Demokratik Respublikası, Ekvador, Esvatini, Qvineya, Lesoto, Qayana, Malavi, Mavritaniya, Mozambik, Namibiya, Panama, Paraqvay, Peru, Ruanda, Seyşel, Surinam, Tanzaniya, Uruqvay, Venesuela, Zambiya və Zimbabve. 

Zibakş həmçinin qeyd edib ki, İrana gələn 8 yaşdan yuxarı bütün sərnişinlər COVID-19 üçün mənfi test nəticəsi ilə bağlı sənəd təqdim etməlidirlər.

.