Gürcüstanda Patriarxın seçilməsi prosesi ətrafında müzakirələr davam edir.
Ölkənin Baş naziri İrakli Kobaxidze bildirib ki, bu proses tam müstəqil olmalı və yalnız Müqəddəs Sinodun səlahiyyətində qalmalıdır.
Baş nazir "Imedi LIVE" proqramında çıxışı zamanı vurğulayıb ki, hökumət kilsədaxili məsələlərə müdaxilə etmir və bu prinsipi qoruyur. Onun sözlərinə görə, Patriarxın seçilməsi yalnız Sinod üzvlərinin qərarı ilə müəyyən olunmalıdır.
İrakli Kobaxidze əlavə edib ki, bəzi siyasi qüvvələr və media nümayəndələri bu proses ətrafında "anti-kampaniya" aparır. O, bu cür müdaxilə cəhdlərinin qəbuledilməz olduğunu bildirib və cəmiyyəti kilsənin daxili işlərinə qarışmamağa çağırıb.
Baş nazirin fikrincə, bu cür yanaşmalar Gürcüstan kilsəsinin roluna və nüfuzuna xələl gətirə bilər. O qeyd edib ki, Patriarxın seçilməsi ilə bağlı qərarların qəbulunda yalnız Müqəddəs Sinodun mövqeyi əsas götürülməlidir.
Qeyd edək ki, Gürcüstanda Patriarx seçimi ölkənin ictimai-siyasi həyatında mühüm hadisə hesab olunur və prosesə dair açıqlamalar cəmiyyətdə geniş rezonans doğurur.
.
