“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ölkəmiz üçün yeni mərhələnin başlanğıcıdır”.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) deyib.

“Bir il əvvəl Qarabağ savaşı oldu, lakin artıq sürətlə infrastruktur layihələri həyata keçirilir. Qazanılmış zəfər nəticəsində bölgədə yeni reallıqlar, yeni imkanlar yaranıb. Region ölkələrinin iqtisadi maraqları ilə yanaşı bölgədə sabitlik , təhlükəsizlik, interqasiya və əməkdaşlıq mühitini gücləndirərək, strateji layihələrin həyata keçirilməsi üçün imkanlar ortaya çıxıb. Artıq Ağdamda Sənaye Parkının, Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası”nın yaradılmasına dair qərarlar verilib. Bu ərazilər bölgənin iqtisadi imkanlarının reallaşdırılması istiqamətində mühüm layihələrin icrasına şərait yaradacaq”, - deyə o qeyd edib.

Nazir həmçinin əlavə edib ki, 1995-ci ildən keçirilən və bu gün Azərbaycanın ev sahibliyi etdiyi IBF ölkəmizin investisiya imkanlarının tanıdılması baxımından mühüm platformadır.

.