
Müstəqil ekspertlər hesab edirlər ki, bazarların qarşılıqlı əlaqəsi qanununa görə, benzin və dizel yanacağının qiymətlərinin artırılması bazarın digər seqmentlərinə də təsir edəcək. Bu, təkcə iqtisadi yox, həm də psixoloji amillərlə izah olunur.
İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, növbəti addım Tarif Şurası tərəfindən ictimai nəqliyyatda gediş haqlarının artırılması ola bilər.
İqtisadçının fikrincə, dünya bazarında qiymətlərin ucuzlaşmasının davamlı hal aldığı bir zamanda Azərbaycanda onun əksinin baş verməsi bir daha subut etdi ki, milli iqtisadiyyatın idarəolunmasında və qiymətlərin inzibati tənzimlənməsində bir vaxtlar hökümətin istifadə etdiyi dünya bazarının konyukturası ilə əlaqəli arqumentlər yalnız siyasi və korporativ məqsədlərə xidmət edib.
Bu da o deməkdir ki, yaxın dövrdə hökümət inzibatı qiymət tənzimlənməsini dünya bazarında baş verənlələ deyil, yerli vergilərin və aksizlərin qaldırılması vasitəsilə əsaslandıraraq istehlakçıların və sahibkarların öhdəliklərini artırıb büdcəyə əlavə vəsait cəlb etmək siyasətinə üstünlük verir.
.