Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Dövlət İqtisad Universitetinə yeni rektor təyin edilib.
Məlumata görə, Ədalət Muradov İqtisad Universitetinə yeni rektor təyin edilib. Ə. Muradov İqtisadiyyat və Sənaye Nazirliyində İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb. İqtisadiyyat elmlər doktoru olan Ə. Muradov Kiyev Dövlət Universitetinin məzunudur.

*** 16 : 43

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad olunub.
"Qafqazinfo” xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb və sərəncam yaxın saatlarda dərc olunacaq.
Sərəmcamda qeyd olunur ki, Şəmsəddin Hacıyev İqtisad Universitetinin rektoru vəzifəsindən azad olunub. Prezident həmçinin İqtisad Universitetinin yeni rektoru ilə bağlı da sərəncam verib.
Qeyd edək ki, Şəmsəddin Hacıyev Milli Məclisin Elm və təhsil komitəsinin sədridir.
.