Beynəlxalq müşahidəçilər seçki məntəqələrində monitorinqi davam etdirir.
7 saylı Səbail Seçki Dairəsinin 1 saylı seçki məntəqəsində olan rusiyalı ekspertlər seçki prosesini izləyiblər.
Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, hərbi ekspert İqor Korotçenko APA-ya açıqlamasında bugünkü seçkinin Azərbaycan üçün çox önəmli hadisə olduğunu vurğulayıb.
"Bu seçki Azərbaycan xalqının həyatında mühüm əhəmiyyət kəsb edir. Ona görə ki növbədənkənar prezident seçkiləri Azərbaycanın bütün ərazisində, o cümlədən, Qarabağda keçirilir", - deyib.
Ekspert növbədənkənar prezident seçkilərini Azərbaycanın gələcək həyatı üçün vacib vektor adlandırıb: "Bu mənada, Azərbaycan xalqı seçkilərdə fəal iştirak edir".
.