Ermənistan üçtərəfli müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinin ildönümünü terror aktı ilə qeyd edib.

Bunu rusiyalı hərbi ekspert, “Natsanalnaya oborona” (Milli Müdafiə) jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Onun sözlərinə görə, terror aktının mümkün məqsədlərindən biri Rusiya sülhməramlıları ətrafında münaqişəli vəziyyət yaratmaq olub:

“Yaxınlıqda, sözün əsl mənasında, bir neçə metr aralıda Rusiya sülhməramlıları var idi. İstənilən digər bir vəziyyətdə Azərbaycan əsgərləri hədəfə atəş açar və terrorçu məhv edilərdi. Amma atəş xəttində rus əsgərləri var idi. Ona görə də Azərbaycan hərbçiləri silahdan istifadə etməkdən çəkiniblər. Əgər bu terror aktı əsasında insident baş versəydi, bax o zaman onun təşkilatçıları Azərbaycan və Rusiya hərbçilərini üz-üzə qoymaqla öz məqsədlərinə nail olardılar. Tanrıya şükür ki, bu baş vermədi.

Bu hadisə bütün erməni silahlı birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsi ərazisindən çıxarılmasının zəruriliyini bir daha vurğulayır. Çünki bu qruplaşmalar metastaz verən xərçəng şişinə bənzəyir. Bu terror aktı da onlardan biridir”.
 
İ.Korotçenko vurğulayıb ki, hadisə beynəlxalq hüquq baxımından qeyd-şərtsiz terror aktıdır və müvafiq hüquqi qiymət almalıdır.

.