Rusiya xüsusi təyinatlıları Mariupoldakı məscidlərdən birində saxlanılan müsəlmanları mühasirədən çıxararaq onları xilas edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general -mayor İqor Konaşenkov bildirib.

“Mariupol şəhərinin azad edilməsi üzrə hücum fəaliyyəti zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğanın müraciəti əsasında aprelin 16-da Primorski rayonunda Ukraynalı nasistlərin türk məscidində saxladığı girovların azad edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Əməliyyat nəticəsində məscid mühasirədən çıxarılıb və 29 silahlı, o cümlədən əcnəbi muzdlular məhv edilib. MDB ölkələrindən birinin vətəndaşları olan girovlar azad edilərək təhlükəsiz yerə aparılıb”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 68 hərbi obyekti məhv edilib

Rusiyanın Hava Kosmik Qüvvələri Ukraynanın 68 hərbi obyektini, o cümlədən iki S-300 işıqlandırıcı və istiqamətləndirici lokatoru, bir Osa AKM zenit-raket kompleksini məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Əməliyyat-taktiki aviasiya Ukraynanın 68 hərbi obyektini məhv edib. Onların arasında Krivaya Luka və Krasnoarmeysk vilayətlərində iki S-300 işıqlandırma və istiqamətləndirici lokator və Severodonetsk vilayətində bir Osa AKM zenit-raket kompleksi; altı raket və artilleriya silahları və yanacaq anbarı, o cümlədən Kremennaya, Krasnı Lyman, Kolodezi, Torskoye, Yampolovka və Novoselivka yaşayış məntəqələrində Ukrayna hərbi texnikası və canlı qüvvəsinin cəmləşdiyi 40 ərazi var ”, - Rusiya MN sözçüsü vurğulayıb.

Rusiya MN Ukraynada öldürülən əcnəbi muzdluların sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələri Ukraynada xüsusi əməliyyat başlayandan indiyədək 1035 əcnəbi muzdlunu məhv edib.

Bunun Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, daha 912 nəfər muzdlu isə Ukraynadan qaçıb: "Döyüş əməliyyatlarında Rusiya silahlı qüvvələri tərəfindən 1035 əcnəbi muzdlu məhv edilib . Daha 912 muzdlu isə döyüş əməliyyatlarında iştirakdan imtina edərək ölkədən qaçıb".

Rusiya MN sözçüsü Ukraynaya döyüşməyə gələn xarici muzdululara xəbərdarlıq da edib. O bildirib ki, Ukraynaya gələn muzdlular döyüşçü deyillər, onları gözləyən ən yaxşı şey uzunmüddətli həbsdir: "Xarici muzdlular beynəlxalq humanitar hüquqda “döyüşçü” statusuna malik deyillər. Onlar Ukraynaya slavyanları öldürməklə pul qazanmaq üçün gəliblər. Ona görə də onları gözləyən ən yaxşı şey cinayət məsuliyyəti və uzunmüddətli həbsdir"

.