Hüquqşünas İntiqam Əliyevin həbs-qətimkan tədbirinin uzadılmasından apelyasiya şikayəti təmin olunmayıb.
Azadliq.info bildirir ki, bu barədə onun vəkili Cavad Cavadov facebook səhifəsində yazıb.
Onun bildirdiyinə görə, Bakı Apelyasiya Məhkəməsi Nəsimi Rayon Məhkəməsinin həbs-qətimkan tədbirinin uzadılmasından, eləcə də hüquqşünasın ev dustaqlığına buraxılmasından şikayətə baxıb.
Hüquqşünas özü səhhətindəki problemlərə görə prosesdə iştirak edə bilməyib.
Xatırladaq ki, İntiqam Əliyevin həbs müddəti oktyabrın 24-də 3 ay uzadılıb. Həbs müddətini Nəsimi Rayon Məhkəməsi uzadıb və onun ev dustaqlığına buraxılması haqqında vəsatəti təmin etməyib. Hüquqşünasın durumu məhz həmin prosesdə qəfil pisləşib.
Onu da qeyd edək ki, İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.
.