Bakının Xətai rayonunda intihara cəhd qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda bir nəfərin intihar etmək məqsədi ilə yeraltı avtomobil tunelinin üzərinə çıxması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. Vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:50-də başa çatıb.
.
