İş adamı, şair Niyaz Əsgərovun intiharının bəzi təfərrüatları məlum olub.
Sabirabad kənd sakinlərinin AzNews.az-a verdiyi məlmata görə, Niyaz Əsgərov ölümünü planlı şəkildə həyata keçirib:
"Niyaz ailəsi ilə birlikdə kəndə gəlib. Oradan bir başa kənd qəbiristanlığına gələrək əzizlərinin qəbrini ziyarət ediblər. Axşam üstü dostları ilə birlikdə restoranda görüşüb. Dostları ilə birlikdə olarkən deyib ki, "bu gün mənim üçün sonuncu gündür. İntihar edəcəm, özümü asacam." Amma dostları ona inanmayıb. Deyiblər ki, belə böyük imkanı olan şəxs niyə özünü öldürsün? Yəqin içkinin təsirindəndir- deyə onun sözünü ciddiyə almayıblar.”
Kənd sakinləri qeyd edib ki, Niyaz Əsgərovun ölümünün arxasında onun biznes şəbəkəsi dayanır: "O, 20 ilə yaxındır ki, "Binə” ticarət mərkəzində işləyirdi. Niyazın Rusiya və Dubayla biznes sahəsində böyük əlaqələri vardı. Deyilənə görə, biznes "razborka”sı olub, altından çıxa bilməyib.”
Cəlilabad rayonunun Sabirabad kənd sakini, 1965-ci il təvəllüdlü şair Niyaz Əsgərov özünü yaşadığı evdə asıb.
****
Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
AzNews.az xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü şair Niyaz Əsgərov özünü yaşadığı evdə asıb.
Sabirabad kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Niyaz Əsgərov əvvəlcə özünü dəm qazı ilə boğmaq istəyib:
"Niyaz Bakıda yaşayır. Dünən kəndə gəlib və ilk əvvəl evindəki qazı açıb ki, özünü dəm qazında boğsun. Amma ölməyib. Sonra da gedib qaraja özünü asıb öldürüb. Ailəlidir, bir qızı, bir oğlu var, gözəl atadır.”
Sakinlərin sözlərinə görə, Niyaz Əsgərovun maddi imkanları yaxşı olub: "Bakıda 7 yerdə evi, maşınları, böyük biznesi var. Səhhətində heç bir problem olmayıb.”
.
