Bərdədə 45 yaşlı kişi özünü öldürüb
Bərdə rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb.
Rayon sakini, 1968-ci il təvəllüdlü İsmayıl Hüseynbala oğlu Hüseynov yaşadığı evin həyətindəki ağacdan özünü asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
.
