Texnologiya asılılığının sürətlə artdığını ifadə edən Asılılıq Mütəxəssisi Bahri Akalın deyib ki, asılılıq dedikdə ilk ağla gələn narkotik və texnologiya asılılığıdır. Ümumiyyətlə bəhs etdiyimiz mövzular indiki dövrün ən böyük problemləridir. Təəssüf ki, gənclər internetdən məlumatlanmaq üçün yox, qumar, tanışlıq və.s kimi faydasız şeylər üçün istifadə edirlər.
Əvvəllər kompyuterlər ofisimizdə və evimizin salonunda olardı. Ancaq indi cibimizdə gəzdiririk. Ağıllı telefonların sayəsində bütün texnologiyanı cibimizdə daşıyırıq. Uşağımızı kompyuterlə ilk biz tanış edirik. Amma normal istifadə qaydasına əməl etmirik. Uşaq çölə çıxdığında narahat oluruq, gözümüzün qarşısında olması üçün kompyuterdən limitsiz istifadəsinə icazə veririk. Bu çox vacib məsəslədir.
Gələcəkdə övladınızı içinə qapanıq, aqressiv görmək istəmirsinizsə internetdən istifadəsinə,girdiyi saytlara diqqət edin. "İnternet ucbatından boşananların sayının xeyli artdığını qeyd edən Akalın, yekun olaraq dedi ki, Cəmiyyətdən uzaqlaşmayın, yeni insanlarla tanış olun, yeni dostlar qazanın. Uzaqlaşdığınız dünya sizin yaşadığınız dünyadır virtual dünya deyil”.
.