İnsan orqanlarının alqı-satqısına görə cərimələr artırılır.

Bu, Cinayət məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

İnsan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı 6 000 manatdan 9 000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətdə islah işləri və ya 3 ilədək müddətdə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 137-ci maddəsinə əsasən, insan orqanlarının və ya toxumalarının qanunsuz alqı-satqısı dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

.